"Qalatasaray"a bəd xəbər

"Qalatasaray"ın transfer hədəfində olan "Arsenal"ın futbolçusu Lukas Podolski gələcək karyerası haqda önəmli açıqlamalar verib. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Polşa əsilli alman futbolçu "Arsenal"da qalmaq istədiyini bildirib: "Londonda özümü hər zaman yaxşı hiss etdim. Baş məşqçi, komanda yoldaşlarım və azarkeşlərlə münasibətim yaxşıdır. "Arsenal"da qalmaq istəyirəm. Əsas heyətə düşmək üçün əlimdən gələni edəcəm. "İnter"də icarə əsasında oynamağım səhv addım idi. İngiltərə Premyer Liqası möhtəşəm çempionatdır və mənə çox uyğundur. Bu səbəbdən "Arsenal"da qalmağı düşünürəm".

Qeyd edək ki, "Qalatasaray" Podolskini transfer etmək istəsə də, 30 yaşlı futbolçu Türkiyə klubunun təklifini qəbul etməyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31