"Qəbələ"dən ayrılan futbolçu Ukrayna klubunda

"Qəbələ"dən ayrılan Mixail Sivakovun yeni komandası müəyyənləşib. Qol.Az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, belaruslu futbolçu karyerasını "Zarya" klubunda davam etdirəcək. 27 yaşlı futbolçu Ukrayna təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, bu ilin yanvar ayında "Qəbələ"yə transfer olunan Sivakov keçirdiyi 10 oyunda cəmi bir qol vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31