"Kəpəz"dən növbəti transfer

Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq "Kəpəz" heyətini daha bir futbolçu ilə gücləndirib. Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə,  transfer çalışmalarını davam etdirən Gəncə təmsilçisi Ceyhun Cavadovu heyətinə cəlb edib. Yarımmüdafiəçi  ilə bir illik razılaşma əldə olunub.

Qeyd edək ki, 23 yaşlı futbolçunun son klubu "Rəvan" olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31