Danimarkalı badmintoçu: Avropa Oyunları olimpiadaya bənzəyir

"Böyük turnir olan Avropa Oyunları lokal olimpiadaya oxşayır". Bunu Trend-ə danimarkalı badmintonçu Line Kyaersfeldt deyib. Onun sözlərinə görə, bir çox güclü badmintonçular Bakıya gəlib: "Mənim üçün Oyunlarda qalib gəlmək böyük önəm daşıyacaq. Bu mənim hədəfimdir". Badmintonçu Oyunların yüksək səviyyədə təşkil edildiyini bildirib: "Buradakı qayda-qanunu, insanların yarışları yaxşı təşkil etmək cəhdlərini görəndə çox təəccübləndim. Zal oyunlar üçün çox rahatdır. Burada oynamaq çox xoşuma gəlir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31