Almaniyalı idmançı: "Azərbaycan Olimpiya Oyunları ab-havasını yaradıb"
24 İyun 2015 17:21 İdman"Azərbaycan I Avropa Oyunlarında Olimpiya Oyunları ab-havasını yaratmağa nail oldu". Bunu Trend-ə almaniyalı badmintoçu Diter Domke deyib. Onun sözlərinə görə, Oyunların açıllş mərasimi möhtəşəm oldu: "Özümü olimpiadadakı kimi hiss edirəm". Azərbaycanda ilk dəfə olduğunu deyən idmançı qeyd edib ki, Bakı çox xoşuna gəlib: "Ümid edirəm ki, Bakıya yenə gələcəyəm. Bura çox gözəldir". D.Domke Oyunlarda yüksək nəticə göstərəcəyinə ümid etdiyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31