Moldovalı məşqçi: Dünyada Bakı Su İdmanı Sarayı kimi gözəl idman obyekti azdır

"Bakı Su İdmanı Sarayında atletlər üçün çox gözəl şərait yaradılıb. Dünyada belə gözəl idman obyekti azdır". Bunu Trend-ə üzgüçülük üzrə Moldova komandasının məşqçisi Yevgeni Karabetki deyib. Onun sözlərinə görə, I Avropa Oyunları ötən il Nankində yeniyetmələr arasında keçirilmiş olimpiadanı üstələyir: "Burada təşkilati işlər daha yüksək səviyyədədir". Məşqçi bildirib ki, Atletlər kəndində idmançılar üçün yaxşı şərait yaradılıb: "Nəqliyyatın işi yaxşı təşkil edilib. Bizi yarışlara yubandırmadan aparıb gətirirlər"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31