Çexiyalı badmintoçu: "Avropa Oyunlarında medal qazanmaq çox vacibdir"

"I Avropa Oyunlarına medal qazanmaq üçün gəlmişəm". Bunu Trend-ə çexiyalı badmintoçu Petr Koukal deyib. O bildirib: "İlk addım atılıb, qrupda qalib gəlmişəm. İndi 1/8 finalda rəqibimi gözləyirəm. Avropa Oyunlarında medal qazanmaq mənim üçün çox vacibdir". Çexiyalı idmançı qeyd edib ki, I Avropa Oyunları çox yüksək səviyyədə təşkil edilib: "I Avropa Oyunları London, Pekin və Soçi olimpiadalarına bənzəyir. Atletlər kəndi olduqca əladır. Könüllülərin hazırlıq səviyyəsindən çox razıyam. Onlar ingils dilində əla danışır və hər an kömək etməyə hazırdırlar". Badmintoçu Bakının çox gözəl olduğunu da vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31