UEFA-dan hakimlərimizə yeni təyinatlar

FIFA referilərimiz UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyunlarına təyinat alıb. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Azərbaycandan olan hakimlər biqadası iyulun 9-da keçiriləcək iki oyunu idarə edəcəklər:

"Beroe Stara Zagora" (Bolqarıstan) - "Atlantas" (Litva)
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Vaqif Musayev, Ramil Əhmədov

"Dudelange" (Lüksemburq) - "University College Dublin" (İrlandiya)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Rza Məmmədov, Əliyar Ağayev

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31