Çexiya komandasının üzvü: I Avropa Oyunları Olimpiya Oyunlarına bənzəyir
24 İyun 2015 14:41 İdmanI Avropa Oyunları təşkil edilməsinə və digər parametrlərinə görə Olimpiya Oyunlarına bənzəyir. Bunu Trend-ə üzgüçülük üzrə Çexiya komandasının üzvü Yakub Meloun deyib. O bildirib ki, fikrimcə, Azərbaycan Olimpiya Oyunlarını qəbul etməyə hazırdır, atletlər kəndində idmançılar üçün yaradılmış şərait isə olduqca gözəldir. Y.Meloun qeyd edib ki, Bakı çox xoşuna gəlib: "Paytaxtınız turistləri cəlb edən füsunkar şəhərdir. Bakıya yenidən yarışlarda iştirak etmək üçün gəlmək istərdim".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31