Sloveniya idmançısı: “I Avropa Oyunları yüksək səviyyədə təşkil olunub”
24 İyun 2015 14:02 İdmanI Avropa Oyunlarında hər şey yüksək səviyyədə təşkil olunub. Bu barədə Trend-ə Sloveniya komandasının nümayəndəsi Tomaz Torkar deyib. O bildirib ki, gördüyü bütün obyektlər, hovuzlar və Atletlər kəndi, Olimpiya Oyunları da daxil olmaqla daha böyük miqyaslı tədbirləri qəbul etməyə hazırdır: "Nəqliyyat, hovuzlar, obyektlər - hər şey möhtəşəmdir. Əla şərait var, ona görə burada digər yarışları səbirsizliklə gözləyirəm". T.Torkar həmçinin Bakının gözəlliyi barəsində də danışıb: "Bakı turistləri cəlb edir. Düşünürəm ki, insanlar bura gəlib, həzz ala bilərlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31