Boksçularımız final və yarımfinal uğrunda döyüşə çıxacaq

Bu gün Avropa Oyunlarının boks yarışları çərçivəsində iki idmançımız  final, digər ikisi isə  yarımfinal uğrunda döyüşə çıxacaq. Lent.az-ın məlumatına görə, 56 kq çəki dərəcəsində  ən azı bürünc medalı özü üçün təmin edən Tayfur Əliyev yarımfinalda rusiyalı Bəxtovar Nazirova üz-üzə gələcək. 75 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən  Xaybuya Musalovun 1/4 final mərhələsində belaruslu  Vitali Bandarenka qarşılaşacaq.
81 kq çəki dərəcəsində bürünc medalı təmin edən  Teymur Məmmədov yarımfinalda rusiyalı Pavel Silyagin döyüşəcək. 
Qadınların   60 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Yana Alekseyevnanın 1/4 final mərhələsində rusiyalı Zinayda Dobrinina ilə  üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan boks üzrə milli komandasının 9 üzvü  yarımfinala vəsiqə qazanaraq ən azı bürünc medalı özlərinə təmin ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31