Avropa Oyunlarında üzgüçülük yarışları başladı (CANLI)

Bu gün Birinci Avropa Oyunlarında 9 dəst medal öz sahibini tapacaq

"Bakı-2015" I Avropa Oyunlarının 13-cü günündə bir sıra oyunlara start verilib.

ANS PRESS-in məlumatına görə, badmintonla yanaşı, qılıncoynatma və üzgüçülük yarışları da başlayıb.

Qadın qılıncoynadanlar Bakı Kristal Zalında fərdi rapira, kişilər isə şpaqa yarışlarında qalib və mükafatçıların adına aydınlıq gətirirlər. Bakı Su İdmanı Mərkəzinin hovuzunda isə üzgüçülüyün sərbəst, kəpənək, qurbağa və fərdi kompleks növlərində müxtəlif məsafələrə yarışlarda çempionlar məlum olacaq.

Qeyd edək ki, oyunların 13-cü gündə 7 idman növü üzrə yarışlar keçiriləcək və 10 dəst medal sahibini tapacaq. Onlardan 8-nin sahibini üzgüçülər, 2-sini isə qılıncoynadanlar müəyyən edəcəklər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31