Avropa Oyunları çərçivəsində növbəti konsert
Yerli sakinlər və xarici qonaqlar üçün təşkil edilən konsert proqramları davam edir
24 İyun 2015 06:22 İdmanBakıda keçirilən birinci Avropa Oyunları çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin yerli sakinlər və xarici qonaqlar üçün təşkil etdiyi konsert proqramları davam edir.ANS PRESS-in məlumatına görə, bu gün nazirliyin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında İtaliyanın "Le Dev4s" musiqi ansamblı ilə Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestri birgə konsert proqramı ilə çıxış edəcək.Musiqiçi və prodüser Françeska Volpini tərəfindən yaradılmış "Le Dev4s" dörd italiyalı sopranosundan ibarət simfonik musiqi ansamblıdır. Sadəcə qadınlardan ibarət olan bu ansambl Motsart, Bellini, Verdi və Puçini də daxil olmaqla ən məşhur opera nümunələrinin və mahnıların interpretasiyasını təqdim edəcək.