"Qarabağ"dan ayrılan futbolçu "Zirə"də
23 İyun 2015 19:50 İdman"Zirə" klubu heyətini gücləndirməkdə davam edir. Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, daha iki futbolçunun keçidi rəsmiləşib. "Qarabağ"dan ayrılan yarımmüdafiəçi Hacı Əhmədovla 1+1 il şərti ilə müqavilə imzalanıb. "Qəbələ"nin hücumçusu Tellur Mütəllimov isə bir il müddətinə icarəyə götürülüb.
Qeyd edək ki, "Zirə" daha öncə AZAL-dan Rəşad Abdullayev və Kamal Bayramovu, "Qəbələ"dən isə Tərzin Cahangirovla Sadiq Quliyevi heyətinə cəlb edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31