"Qarabağ" - "Rudar" matçının tarixi dəqiqləşdi

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Rudar" matçının tarixi dəqiqləşib. "Qarabağ" klubunun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, iyulun 15-də baş tutacaq qarşılaşma saat 21:00-da başlanacağı gözlənilir. Amma matçın 21.30-da start götürəcəyi də istisna deyil. Ağdam təmsilçisi Monteneqro klubunu Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31