Samboçularımız günü 4 gümüş medalla başa vurdu
23 İyun 2015 17:05 İdman"OLAYLAR"-ın xəbərinə görə, 52 kq çəki dərəcəsində çıxış edən qadın samboçumuz Nəzakət Xəliliova final görüşündə Rusiya samboçusu Anna Xaritonovaya qalib gələrək, Avropa Oyunlarının gümüş medalını qazanıb. 57 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən İslam Qasımov Rusiyalı rəqibi Aymerqen Atkulovla final görüşündə gümüş medal qazanıb. 100 kq-dan artıq çəki dərəcəsində ölkəmizi təmsil edən Vasif Səfərbəyov gümüş medal qazanıb və Azərbaycanın sambo yığması Avropa Oyunlarını 4 gümüş medalla başa vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31