Bosniyalı idmançı: “I Avropa Oyunları tənqidə layiq deyil”
23 İyun 2015 15:56 İdmanBəzi qərb siyasətçiləri və təşkilatları I Avropa Oyunlarının ünvanına tənqid səsləndirir, bu idman tədbiri tənqidə layiq deyil. Bu barədə Trend-ə I Avropa Oyunları çərçivəsində Bosniya və Herseqovinanı yüngül atletika yarışlarında təmsil edən Stefani Vukayloviç deyib. O bildirib ki, indi Avropanın da qitə yarışlarının olması çox yaxşı haldır: "Bu, yeni təcrübə və Avropa idmançıları üçün daha bir mübarizədir". İdmançı I Avropa Oyunlarını çox bəyəndiyini və növbəti Oyunlarda da iştirak etmək istəyini dilə gətirib. S.Vukayloviç Bakıda I Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu bildirib: "Yarış meydanları da daxil olmaqla, hər şey yüksək səviyyədə təşkil olunub". İdmançı paytaxtımızı çox bəyəndiyini də söyləyib: "Şəhər turumuz oldu. Bakının gözəlliyinə heyran oldum".