Rumıniyanın məşhur futbolçusu “Qəbələ”də
23 İyun 2015 15:27 İdman2015/2016 mövsümü öncəsi heyətini gücləndirməkdə davam edən "Qəbələ" növbəti transferini gerçəkləşdirib. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, mövsümlərarası fasilədə Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub, Sergey Zenyov, Aleksey Antonovu və Vojislav Stankoviçi heyətinə qatan "qırmızı-qaralar" 10-cu transferini reallaşdırıb. Komanda rumıniyalı futbolçu George Floresku ilə 1,5 illik müqavilə imzalayıb. 31 yaşlı yarımmüdafiəçinin son komandası Rumıniyanın "Astra" klubu olub. Zəngin karyeraya malik futbolçu ardıcıllıqla "Universitatya" (Kluj, Rumıniya, 2001-2004), "Şerif" (Moldova, 2004-2006), "Torpedo" (Moskva, Rusiya, 2006-2007), "Mityullann" (Danimarka, 2008-2010), "Alaniya" (Rusiya, 2010), "Arsenal" (Kiyev, Ukrayna, 2011-2013), "Astra" (Rumıniya, 2013), "Dinamo" (Moskva, Rusiya, 2013-2014) klublarının şərəfini qoruyub. George Floresku ölkəsinin U-21 (11 oyun) və əsas milli komandalarının (11 oyun) formasını geyinib.