1/4 final oyunları başladı
23 İyun 2015 15:17 İdmanI Avropa Oyunları çərçivəsində voleybol oyunları davam edir. I Avropa Oyunları çərçivəsində voleybol oyunları davam edir. ANS PRESS-in məlumatına görə, artıq 1/4 final mərhələsində qadınlar arası voleybol yarışında Almaniya və Polşa komandaları mübarizəyə start verib. Qarşılaşmada Polşa 1 set öndədir. Hazırda oyun davam edir.
Qeyd edək ki, Azərbaycan da bu gün Kristal Zalda keçiriləcək dörddəbir final yarışında Niderlandla mübarizə aparacaq. Komandaların hər ikisi qrupda hər biri dörd qələbə ilə ikinci yerə yüksəldilər. Bu dəfə beşinci setə doğru gedən maraqlı görüş gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31