Con Kusko: “I Avropa Oyunlarına qatılmaq çimərlik futbolçuları üçün yaxşı xəbər olub”

"Bakı-2015 I Avropa Oyunlarına qatılmaq çimərlik futbolçuları üçün әn yaxşı xəbər olub". APA-nın məlumatına görə, bunu FİFA-da çimərlik futbolu növündə əməliyyatlar üzrə baş direktor Con Kusko deyib. Onun sözlərinə görə, bu oyunlarda iştirak Olimpiya Oyunlarına yaxınlaşmaq üçün unikal imkandır: "Bizim idman növü gәncdir. 1993-cü ildә yaradılıb vә yalnız 2004-cü ildә FİFA-nın üzvü olub. Azәrbaycana dәvәt olunan heyәtlәr Avropanın әn güclü heyәtlәridir. Oyun üçün mәkan çox gözәldir. İdmançıların imkanlarını göstәrmәk üçün yaxşı qum döşənib. BEGOC әlindәn gәlәni edib ki, bizә uyğun qum gәtirsinlәr vә maksimum şәraiti tәmin ediblәr. İnfrastruktur әn yüksәk sәviyyәdədir. Bu oyunlar bizim idman növünün tәşviqinә xidmәt göstәrәcәk". FİFA rəsmisi təmsil etdiyi qurumdakı qalmaqalların oyunlara necə təsir edəcəyi məsələsinə də toxunub: "İdman inkişaf edir. FİFA ilә bağlı bəzi mәsәlәlәr baş verib. Amma bu, oyunlara tәsir etmir". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31