İsveçin boks üzrə milli yığmasının məşqçisi: “İlk Avropa Oyunları tarixi hadisədir”
23 İyun 2015 12:14 İdmanİlk Avropa Oyunları tarixi hadisədir. Çünki ilk dəfə keçirilir. Trend-in məlumatına görə, bunu İsveçin boks üzrə milli yığmasının məşqçisi Santyaqo Nieva yerli mətbuata müsahibəsində belə deyib. O bildirib ki, həm təşkilatçılıq, həm də ona olan marağa görə "Bakı 2015"i Olimpiya Oyunları hesab etmək olar: "Avropa Oyunları gələn il Rio Olimpiadası üçün çox yaxşı təcrübədir. Bütün idman növlərində olduğu kimi, boksçular üçün də yaxşı şərait yaradılıb və İsveç bu yarışlarda peşəkar boksçularla təmsil olunur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31