Britta Heidemann: “Avropa Oyunları Olimpiya üçün yaxşı motivasiyadır”

"Bakıda keçirilən Avropa Oyunları 2016-cı ildə Rio-de-Janeyroda təşkil olunacaq Olimpiya Oyunları üçün yaxşı motivasiyadır". APA-nın xəbərinə görə, bu barədə Almaniyanın qılıncoynatma üzrə Olimpiya çempionu Britta Heidemann deyib. 32 yaşlı atlet  deyib ki, Avropa Oyunlarına medal qazanmaq niyyəti ilə qatılır: "Burada qalib gəlmək və Olimpiya Oyunlarına qədər formada qalmaq istəyirəm". Avropa Oyunlarında Alman nümayəndə heyətinin idman gimnastikası üzrə atleti Fabi Hambuchen də oyunları yüksək qiymətləndirib: "Bu oyunlar həqiqətən də Olimpiya Oyunlarına çox bənzəyir. Mən burada Olimpiya atmosferini hiss etdim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31