"Neftçi", "İnter" və "Qəbələ"nin də rəqibləri məlum oldu
22 İyun 2015 19:35 İdmanBu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib. Trend-in məlumatına görə, püşkatma nəticəsində Azərbaycanın 3 klubunun rəqibləri məlum olub. Püşkatmanın nəticəsinə əsasən "Neftçi" Monteneqronun "Mladost", "Qəbələ" Gürcüstanın "Dinamo", "İnter" isə Albaniyanın "Laçi" komandaları ilə qarşılaşacaq. Mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq hər üç təmsilçimiz ilk oyunlarını səfərdə keçirəcək.
Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları iyulun 2-si, cavab qarşılaşmaları iyulun 9-da keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31