İkinci Avropa Oyunlarına ev sahibliyi etmək istəyən 7 namizəd ölkə var

"İki ölkə də İkinci Avropa Oyunlarına ev sahibliyi etmək istəyir. Hazırda iddiaçı ölkələrin sayı 7-yə çatır". Bu fikirləri Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki "Reuters"ə açıqlamasında deyib. O, bildirib ki, əvvəlki 5 namizəd ölkə ilə ikinci oyunların keçirilməsi, texniki, təşkilati məsələlər müzakirə edilib. 6 namizədimizdən, Niderlandın imtinası ilə bu say 5-ə düşdü. Amma Azərbaycanda uğurlu başlanğıc və oyunların bu şəkildə uğurla davam etməsi daha iki ölkədə oyunlara maraq yaradıb. Hazırda 2019-cu ildə keçiriləcək İkinci Avropa Oyunlarının keçirilməsinə 7 namizəd ölkə vardır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31