Azərbaycandan Belarus üzərində möhtəşəm qələbə
22 İyun 2015 15:05 İdman17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunmuş "Prezident kuboku" turnirində keçirdiyi ilk oyunda qələbə qazanıb. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə,Belarus komandası ilə qarşılaşan yığmamız 3:1 hesabı ilə qalib gəlib. Yığmamızın qollarını Pilağa Mehdiyev, Elçin Əsədov və Metin Güler vurub. Futbolçularımız turnirdə növbəti oyununu iyunun 23-də Rusiya - 2 yağımasına qarşı keçirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31