Bakı 2015-də qisas baş tutdu
Azərbaycanlı boksçular döyüş meydanında qüsursuz oyun nümayiş etdiriblər
22 İyun 2015 12:55 İdmanQadınlar arasında boksun kraliçası irlandiyalı Kati Teylor, dünən keçirilmiş boks yarışlarında, bolqar Denitsa Yeliseyevanı yüngül çəki dərəcəsində (57-60 kq) 3-0 hesabı ilə məğlub edərək, 4 ildən sonra intiqamını almağı bacarıb. Yeliseyeva 2011-ci ilin fevral ayında Teyloru Bolqarıstanda baş tutmuş qarşılaşmada məğlub etmişdi. Teylor keçmiş rəqibiinə zərrə qədər də olsa rəhm etməyib. Bolqar boksçuya qalib gələn Teylor, iştahının hər zamankından daha yüksək olduğunu və Dünya, Avropa və Olimpiada Oyunları üzrə əldə etdiyi medalların sayını artırmaq istədiyini bildirib. O həmçinin əlavə edib ki, rəqibini tanıdığı üçün oyunun gərgin keçəcəyini təxmin etmişdi: İndi qələbəyə həmişəkindən daha ac olduğumu düşünürəm. Mən arxamda böyük irs buraxmaq və böyük çempionluqlar qazanmağa davam etmək istəyirəm. Onunla əvvəllər bir neçə dəfə döyüşdüyüm üçün, bunun gərgin döyüş olacağını bilirdim. Yeliseyeva çox yüksək reytinqli boksçu, böyük döyüşçüdür. Lakin bu çox möhtəşəm çıxış idi. Mən çox məmnunam.
-Kati Teylor
Teylorun məşqçisi olan Peter, həm də atasıdır. Peter, qızını yarış atına bənzədərək deyir ki, o, davamlı olaraq yeyir, dincəlir, məşq edir, yatır və onun nailiyyətlərinin əsas səbəbi bundadır. Kişilər arasında dünən keçirilmiş boks yarışlarında birinci yarım-orta çəki dərəcəsi üzrə (64 kq) bir tərəfli mübarizədə, təsnifat cədvəlində bir nömrəli oyunçu italyan Vinsenzo Manqakapri, Türkiyəni təmsil edən Adem Avçı üzərində qələbəyə nail olub. Boksçu Manqakapri, bütün raundlar boyu sanki göstəriş nümayiş etdirirdi. O, rəqibinə dəqiq və kəskin zərbələr endirərək, heç bir cəza almayıb. Digər qalibiyyət 64 kq çəki dərəcəsində Kuba əsilli azərbaycanlı boksçu Kollazo Sotomayora nəsib olub. O, moldovalı rəqibi Dmitri Qalaqot ilə qarşılaşmasında, qazandığı zəhmətli xallarla qələbə əldə edib. Kişilər arasında orta çəki dərəcəsində (75 kq) Azərbaycanı təmsil edən Xaybula Musalov və fransalı Kristian Mbilli Assomo-Hallier, kəskin rəqabətlə üç raund davam edən mübarizədə yaxın məsafədən döyüşublər.Çox az fərqlə qalib gələn boksçu Musalov, dörddəbir finala yüksəlməyi bacarıb. Fransız rəqibi isə bu qərara narazılığını açıq şəkildə bildirib.