Samboçumuz İslam Qasımov FİNALDA
22 İyun 2015 12:35 İdman57 kq çəki dərəcəsində sambo yarışlarında Azərbaycanı təmsil edən İslam Qasımov finala vəsiqə qazanıb. Lent.az-ın məlumatına görə, o, mübarizəyə 1/4 final mərhələsindən başlayıb. Samboçumuz ilk mərhələdə rumıniyalı Orlando Qruiaya 4-0 hesabı ilə qalib gəlib. İslam Qasımov yarımfinalda gürcüstanlı Vakhtangi Chidraşvili ilə üz -üzə gəlib. Qarşılaşma 3-1 hesabı ilə idmançımızın xeyrinə başa çatıb. Final qarşılaşmasında Qasımov rusiyalı Aymergen Atkunovla gücünü sınayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31