Tom Dielen: “I Avropa Oyunları ox atma idman növü üçün böyük əhəmiyyətə malikdir”

"İlk Avropa Oyunları ox atma idman növü üçün böyük əhəmiyyətə malikdir". APA-nın "New Europe" saytına istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Atıcılıq Federasiyasının rəhbəri Tom Dielen deyib. O bildirib ki, Bakıda bacarıqlarını nümayiş etdirən avropalı atıcılar növbəti yarışlarda daha qətiyyətlə çıxış edə biləcəklər. "Bakı-2015 bu idman növünün tezliklə beynəlxalq idman təqviminə daxil olmasına imkan yaradır. Belarus, Almaniya, İspaniya, Rusiya, Niderland və Fransadan olan atletlər Birinci Avropa Oyunlarında fəallıq nümayiş etdirdilər. Bu müsabiqə ox atmanın daha geniş yayılması üçün yaxşı imkandır", - deyə Tom Dielen vurğulayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31