I Avropa Oyunları çərçivəsində dördüncü samboçumuz medal şansını əldə edib
22 İyun 2015 12:07 İdmanBu gün Bakı-2015 I Avropa Oyunlarında sambo yarışları start götürüb. Trend-in məlumatına əsasən, bu mübarizədə 8 dəst medal oynanılacaq. Həm kişilər, həm qadınlar 4 çəki dərəcəsində qüvvəsini sınayacaqlar. Azərbaycan bu idman növündə 8 samboçu ilə təmsil olunur. Kişilər arasında 57 kq çəki dərəcəsində Azərbaycan samboçusu İslam Qasımov 1/4 final görüşündə rumıniyalı Orlando Qruia ilə üz-üzə gələcək. 74 kq çəki dərəcəsində təmsilçimiz Amil Qasımov 1/4 finalda Tadey Cutuk (Sloveniya) - Kaxa Mamulaşvili (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq. 90 kq çəki dərəcəsində Kənan Qasımovun 1/4 final mərhələsində rəqibi ukraynalı İvan Vasilçuk olacaq. +100 kq çəki dərəcəsində isə Vasif Səfərbəyov 1/4 finalda Bayro Maşoviçlə (Makedoniya) üz-üzə gələcək. Qadınlar arasında 52 kq çəki dərəcəsində ölkəmizi Nəzakət Xəlilova təmsil edəcək. O, ilk görüşünü 1/4 finalda Sodriana İoneskuya (Rumıniya) qarşı keçirəcək. 60 kq çəki dərəcəsində Şəhanə Hüseynova Yana Kostenko (Rusiya) - Şorena Şaradze (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq. 64 kq çəkidə 1/4 finaldan mübarizəyə qoşulacaq Fəridə Qurbanova ilk görüşündə Moldova təmsilçisi Yekaterina Sretu ilə görüşəcək. 68 kq çəki dərəcəsində isə Nərminə Əlizadə yarımfinala yüksəlmək üçün Olqa Namazova (Belarus) ilə qarşılaşacaq.