Dieqo Maradona FIFA prezidentliyi postuna namizədliyini irəli sürəcək

Argentina milli futbol yığmasının sabiq hücumçusu Dieqo Maradona Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) prezidenti vəzifəsinə namizədliyini irəli sürəcək. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, bu barədə uruqvaylı jurnalist Viktor Morales deyib. Jurnalist bildirib ki, D.Maradona FIFA-da dəyişikliklər istəyir: "Bu səbəbdən prezidentlik vəzifəsinə namizədliyini irəli sürəcək. O, FIFA ətrafındakı qalmaqalda iştirak etmədən, mübarizə aparmağa üstünlük verib. Futbolçunun böyük nüfuzu var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31