Bakı-2015: Kim neçə medal qazanıb?

 Bakı-2015 I Avropa Oyunlarının X günündə 25 dəst medalın sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, X gün hesabına 2 mükafat əlavə edən Azərbaycan yığmasının aktivindəki medalların sayı 35-ə çatıb.İlk 10 gündən sonra Azərbaycan 14 qızıl, 7 gümüş, 14 bürünc medalla komanda hesabında 2-ci pillədəki mövqeyini qoruyub.Siyahının lideri olan Rusiya bu gün daha 18 medal qazanaraq, izləyiciləri ilə fərqi daha da artırıb. Hesabında 77 mükafat olan rusiyalıların medallarından 40-ı qızıl, 23-ü gümüş, 14-ü bürüncdü.Üçüncü pillədə dəyişiklik olmayıb. Dünən üçüncülüyü ələ keçirən Almaniya daha 2 qızıl və 3 bürünc medal qazanaraq, mövqeyini bir qədər də möhkəmlədib.Həmçinin bu gün daha bir ölkə ilk mükafatını qazanıb. Belə ki, Finlandiya atıcılıq yarışında bürünc medal əldə edib. Bununla finlandlar 39-cu medalçı komanda olub.Qeyd edək ki, Bakı-2015-in ilk 10 günündə ümumilikdə 452 - 140 qızıl, 140 gümüş, 172 bürünc medalın sahibi müəyyənləşib. Medalçı 39 ölkədən 24-ü çempionluq sevinci yaşayıb.


Yer
Ölkə
Qızıl
Gümüş
Bürünc
Cəmi
1
Rusiya
40
23
17
77
2
Azərbaycan
14
7
14
35
3
Almaniya
10
9
12
31
4
Belarus
8
7
18
33
5
Böyük Britaniya
8
7
3
18
6
Macarıstan
8
2
5
15
7
İsveçrə
7
4
2
13
8
Serbiya
7
4
0
11
9
İspaniya
6
8
7
21
10
Türkiyə
5
3
15
23
11
Ukrayna
4
10
13
27
12
İtaliya
4
9
3
16
13
Fransa
4
5
5
14
14
Hollandiya
3
5
7
15
15
Belçika
3
3
1
7
16
Portuqaliya
2
4
2
8
17
Polşa
1
5
5
11
18
Xorvatiya
1
3
5
9
19
İsveç
1
2
3
6
20-21
Yunanıstan
1
2
2
5

Slovakiya
1
2
2
5
22-23
Latviya
1
0
1
2

Litva
1
0
1
2
24
Sloveniya
1
0
0
1
25
Avstriya
0
5
3
8
26
Gürcüstan
0
3
4
7
27
İsrail
0
3
3
6
28
Rumıniya
0
3
2
5
29
Bolqarıstan
0
2
3
5
30
Çexiya
0
1
4
5
31
Moldova
0
1
2
3
32-33
Danimarka
0
1
1
2

San Marino
0
1
1
2
34
Ermənistan
0
1
0
1
35
Makedoniya
0
0
2
2
36-39
Estoniya
0
0
1
1

Finlandiya
0
0
1
1

Monteneqro
0
0
1
1

Norveç
0
0
1
1

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31