Almaniya idmançısı: I Avropa Oyunlarında iştirak etmək vacibdir

Bakıda I Avropa Oyunlarında iştirak etməkdə məqsəd medal qazanmaq deyil. Bu barədə Trend-ə I Avropa Oyunlarında suya tullanma yarışlarında Almaniyanı təmsil edən atlet Çao-Tre Li Nquyen deyib.

Xatırladaq ki, Ç.L.Nquyen platformadan suya tullanma yarışlarında 439,30 xal toplamaqla adını final mərhələsinə yazdıra bilmişdi.

İdmançı bildirib ki, əsas məqsəd oyunlarda iştirak etməkdir: "Burada iştirak etmək çox vacib məsələdir. Buna səbəb yüksək səviyyədə təşkil edilmiş yarışların əhəmiyyətli olmasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31