Bakı - 2015: 2 qadın, 1 kişi boksçumuz qələbə qazandı (CANLI, YENİLƏNİB)
Yana Aleskeyevna, Pərvin Bağırov və Əbdülqədir Abdullayev 1/4 finalda
21 İyun 2015 19:18 İdmanSaat 15:30-da isə kişilər arasında 91 kq-da Əbdülqədir Abdullayev mübarizəyə qoşulub. Azərbaycanlı əlcək sahibinin rəqibi macarıstanlı Adam Hamoni olub.
3 raundluq döyüşün yekununda Abdullayev 3:0 hesablı qələbə ilə 1/4 finala yüksəlib.
Saat 20:30-da isə Kollaso Sotomayor (64 kq) moldovalı Dmitri Qalaqotla münasibətlərinə aydınlıq gətirəcək.
Digər azərbaycanlı boksçu Xaybula Musalov isə saat 21:00-da rinqə çıxacaq. O, 75 kq-da fransalı Kristian Mbilli Assomo-Hallierlə görüşəcək.
15:00:00
Boksçularımız Avropa Oyunlarında daha bir qələbə qazanıblar.
ANS PRESS-in məlumatına görə, bu gün "Crustal Hall"da keçirilən yarışlarda rinqə ilk çıxan kişi boksçumuz Azərbaycanı yarım-orta çəkidə (69 kq) təmsil edən Pərviz Bağırov olub. Yarışlara 1/8 finaldan qoşulan idmançımız rəqibi Moldova boksçusu Vasili Belousla üz-üzə gəlib.
Pərviz Bağırov moldovalı rəqibini məğlu edərək növbəti mərhələyə vəsiqə əldə edib.
Xatırladaq ki, bu gün Azərbaycanı qadın boksçuların yarışında yüngül çəkidə (57-60 kq) təmsil edən Yana Alekseyeva ilk döyüşündə 1/8 finalda Finlandiya idmançısı Mira Potkonenlə qarşılaşıb və rəqibinə qalib gələrək 1/8 finala vəsiqə əldə edib.
14:14:00
"Baku Crystal Hall"da keçiirilən boks yarışlarında Azərbaycanın qadın boksçusu rəqibini məğlub edib.
ANS PRESS-in məlumatına görə, qadınlar arasındakı döyüş saat 13:30-da start götürüb. Yana Alekseyevna 57-60 kq çəki dərəcəsində finlandiyalı Mira Potkonenlə görüşüb. İdmançımız 3:0 hesabı ilə qələbə qazanıb.
Beləliklə də, Yana dörddəbir finala keçib.
13:53:00
"Bakı 2015" I Avropa Oyunlarında boks yarışları başlayıb.
ANS PRESS-in məlumatına görə, "Baku Crystal Hall"da keçiirilən boks yarışlarının altıncı gününə qadın idmançıların mübarizəsi ilə start verilib.
Günün birinci yarısında qadın və kişi boksçuların mübarizəsində dörd çəki dərəcəsində ümumilikdə 16 görüş keçiriləcək.
Bu gün Azərbaycanın 5 boksçusu rinqə çıxacaq. Onlardan biri - Yana Alekseyevna finlandiyalı Mira Potkonenlə (57-60 kq) üz-üzə gəlir.
Qadınlar arasındakı döyüş saat 13:30-da start götürüb.
Azərbaycanın qadın boksçusu Yana Alekseyevnanın rəqibi finlandiyalı Mira Potkonen olacaq.
Günün birinci yarısında səkkizdəbir final mərhələsində 60 kiloqram çəki dərəcəsində qadın, 69, 75 və 91 kiloqram çəki dərəcələrində isə kişi boksçular rinqə çıxacaqlar.
Kişi boksçularımızdan Avropa çempionu, "Neftçi" İdman Sağlamlıq Mərkəzinin (İSM) üzvü Pərviz Bağırov (69 kq) moldovalı Vasili Belous, digər idmançımız Abdulqadir Abdullayev (91 kq) macarıstanlı Adam Hamori ilə qarşılaşacaq.