Şosse velosipedi üzrə idman yarışları start götürüb

Qızıl medal uğrunda 125 velosipedçi mübarizə aparacaq.

I Avropa Oyunları 10-cü günündə kişilər arasında şose velosipedi üzrə idman yarışları start götürüb. 

ANS PRESS-in məlumatına görə, kişilər arasında şosse velosipedi yarışında Azərbaycandan üç velosipedçi - Elçin Əsədov, Maksim Averin və Samir Cəbrayılov pedal fırladacaq.

Ümumilikdə qızıl medal uğrunda 125 velosipedçi mübarizə aparacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31