İtalyan atlet: Avropa Oyunlarında qələbə olimpiadaya lisenziya qazanmağa kömək edəcək
20 İyun 2015 10:52 İdman"I Avropa Oyunlarında qələbə çimərlik voleybolu üzrə İtaliya komandasına medal qazandırmağa imkan yaradacaq ki, bu da Rio-de-Janeyro olimpiadasına lisenziya qazanmağa kömək edəcək". Bunu Trend-ə İtaliya komandasının üzvü Aleks Ranyeri deyib.
İtaliyanın bu gün çıxış etdiyi B qrupuna Azərbaycan, Norveç və Litva milliləri daxil idi.
Onun sözlərinə görə, ən çətin oyun Azərbaycan komandası ilə olub: "Buna baxmayaraq, qalib gələrək növbəti mərhələyə çıxdıq".
İtalyan idmançı I Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini deyib: "Hər şey, xüsusilə də Atletlər kəndi çox yaxşıdır. Sanki Olimpiya Oyunlarında iştirak edirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31