Prezident İlham Əliyev Avropa Oyunlarında qalib gələn taekvandoçuların mükafatlandırma mərasimində iştirak edib
20 İyun 2015 10:51 İdmanAzərbaycan Prezidenti İlham Əliyev Bakı-2015 Avropa Oyunlarında kişilər arasında 80 kiloqramdan yuxarı çəki dərəcəsində taekvando yarışlarında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib.
Trend-in məlumatına görə, bu çəki dərəcəsində qızıl medalı azərbaycanlı taekvandoçu Radik İsayev qazanıb. O, finalda Rusiya təmsilçisi Vladislav Larini məğlub edib.
Qeyd edək ki, bu, Avropa Oyunlarında Azərbaycanın 13-cü qızıl medalıdır. Ümumilikdə idmançılarımız Oyunlarda 30 medal əldə ediblər (13 qızıl, 5 gümüş, 12 bürünc).
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31