Rusiya bədii gimnastika yarışlarında iki medal qazandı
19 İyun 2015 18:31 İdmanRusiyalı idmançı Yana Kudryavtseva Bakıda I Avropa Oyunları çərçivəsində fərdi çoxnövçülük üzrə bədii gimnastika yarışlarında qızıl medal qazanıb. Trend-in məlumatına əsasən, 4 hərəkətin nəticələrinə görə gimnast 76,100 bal toplayıb. Gümüş mükafatçı da Rusiya təmsilçisi Marqarita Mamundur. Bürünc medal isə Belarus gimnastı Melitina Stanyutanın hesabına yazılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31