Rusiyalı gimnastlar I Avropa Oyunlarında birinci oldular

Bakı-2015 Avropa Oyunları çərçivəsində rusiyalı gimnastlar Georgi Pataraya və Marina Çernova akrobatika gimnastikası üzrə ikinövçülüyün yekunlarına görə qarışıq cütlüklərin yarışında qızıl medal qazanıblar. Trend-in məlumatına görə, Belçika cütlüyü ikinci, Böyük Britaniya gimnastları isə üçüncü olublar. Azərbaycanlı gimnastlar Ulyana Dyakova və Anatoli Leonov yarışı altıncı yerdə başa vurublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31