Belçikalı gimnast: I Avropa Oyunları idmançılarla tamaşaçıları birləşdirən möhtəşəm yarışdır
19 İyun 2015 16:22 İdmanI Avropa Oyunları idmançılarla tamaşaçıları birləşdirən möhtəşəm yarışdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə I Avropa Oyunlarında qızıl medal qazanmış belçikalı gimnast İneke van Shoor deyib. Onun sözlərinə görə, I Avropa Oyunlarında gözəl ab-hava var: "İdmançılar bir-birilə tanış olur və ünsiyyət saxlayırlar". Gimnast qeyd edib ki, Bakıda əla gimnastika arenası var: "O, gimnastlar və tamaşaçılar üçün rahatdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31