I Avropa Oyunları çərçivəsində qadınlar arasında 50 metrdən 3 vəziyyətdə tüfənglə atəş üzrə yarışlar başa çatıb. Trend-in məlumatına görə, yarışlarda qızıl medalı 464,7 bal toplayan italiyalı Petra Zublasinq qazanıb. 454,6 bal toplamış fransalı Loren Briz ikinci, aktivində 443,2 bal olan avstriyalı Olivya Hoffman isə üçüncü olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31