Albaniyalı idmançı dopinqə görə I Avropa Oyunlarından uzaqlaşdırıldı
19 İyun 2015 13:32 İdmanAlbaniyalı idmançı Recildo Zeneli "Bakı 2015" I Avropa Oyunlarında tətbiq edilən Avropa Olimpiya Komitəsinin anti-dopinq qaydalarını pozduğuna görə yarışlardan uzaqlaşdırılıb. Trend-in verdiyi məlumata əsasən, bu barədə I Avropa Oyunlarının saytında yayılan xəbərdə deyilir. Albaniyalı boksçunun dopinq yoxlamasında qadağan olunan preparatlar siyahısında olan furosemid aşkarlanıb. Xatırladaq ki, R.Zeneli heç bir mübarizədə iştirak etməmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31