Britaniyalı idmançı: “Bakıda I Avropa Oyunları bütün gözləntiləri üstələdi”

Bakıda I Avropa Oyunları bütün gözləntiləri üstələdi. Bu barədə Trend-ə ötən gün suya tullanma yarışlarında üçüncü yerə layiq görülmüş britaniyalı idmançı Ceyms Hili deyib. O bildirib ki, I Avropa Oyunları möhtəşəm və heyranedicidir: "Birmənalı şəkildə, Oyunlar gözləntilərimi üstələdi". C.Hili həmçinin qeyd edib ki, Bakıda yaxşı hovuzlar, idman obyektləri var: "Buradakı əhval-ruhiyyə sadəcə möhtəşəmdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31