Almaniyalı turist: “I Avropa Oyunlarının açılış mərasimi son dərəcə heyranedici idi”

I Avropa Oyunlarının açılış mərasimi son dərəcə heyranedici idi. Bu barədə Trend-ə almaniyalı turist Nikolas Hill deyib. O bildirib ki, Bakı çox doğma və qonaqpərvər şəhərdir: "Mehriban insanlarınız və əla mətbəxiniz var". N.Hill qeyd edib ki, idmançılar üçün mükəmməl şərait yaradılıb, əla idman obyektləri tikilib: "Azərbaycanı bu uğur münasibətilə təbrik etmək olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31