Rusiyalı gimnast: “I Avropa Oyunları ən yüksək səviyyədə təşkil olunub”
19 İyun 2015 10:51 İdmanI Avropa Oyunları ən yüksək səviyyədə təşkil olunub. Trend-in məlumatına əsasən, bu barədə jurnalistlərə rusiyalı gimnast, London Olimpiya çempionu, Bakıda I Avropa Oyunları çərçivəsində fərdi çoxnövçülük üzrə idman gimnastikasında qızıl medal qazanmış Aliya Mustafina deyib.
O bildirib ki, Oyunlar çox yaxşı təşkil edilib: "Xüsusilə gələn il Olimpiadaya gedən yolda qızıl medalın mənim üçün çox böyük əhəmiyyəti var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31