Toğrul Əsgərov: Yenidən Olimpiya çempionu olmaq istəyirəm
19 İyun 2015 10:14 İdman"Bakıya Avropanın ən güclü güləşçiləri gəlib və Vətəndə qalib gəlmək xüsusi önəm kəsb edir". Bunu Trend-ə I Avropa Oyunlarında 55 kq çəki dərəcəsində qızıl medal qazanmış Toğrul Əsgərov deyib.O bildirib: "Sözümü yerinə yetirərək qalib olduğuma görə çox şadam. Bu yarışlara çox ciddi hazırlaşmışdım. London olimpiadasında olduğu kimi, Rio-de-Janeyroda da yenidən Olimpiya çempionu olmaq istəyirəm".T.Əsgərov qələbəsini Azərbaycana, yaxınlarına və azarkeşlərə həsr etdiyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31