Prezident İlham Əliyev Avropa Oyunlarında qalib gələn taekvandoçuların mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev Bakı-2015 Avropa Oyunlarında kişilər arasında 80 kiloqram çəki dərəcəsində sərbəst taekvando yarışlarında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib.Trend-in məlumatına görə, bu çəki dərəcəsində qızıl medalı azərbaycanlı taekvandoçu Milad Beygi Xarçeqani qazanıb. O, finalda Rusiya təmsilçisi Albert Qaunu məğlub edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31