Vüqar Nadirov "Xəzər Lənkəran"la 2 illik müqavilə imzaladı

"Qarabağ"dan ayrılan Vüqar Nadirovun "Xəzər Lənkəran" klubuna keçidi rəsmiləşib. Trend-in məlumatına görə, millimizin üzvü cənub təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. O, "Qarabağ"da olduğu kimi, yeni komandasında da 17 nömrəli forma geyəcək.

Qeyd edək ki, "Qarabağ"ın yetirməsi olan V.Nadirov 2005-2007-ci illərdə də "Xəzər Lənkəran"ın şərəfini qoruyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31