Niderland Avropa Oyunlarında şose velosipedi yarışında 2 medal qazandı

Bakı-2015 Avropa Oyunları çərçivəsində qadınlar arasında şose velosipedi idmanında zamana qarşı fərdi yarışlar başa çatıb. Trend-in məlumatına görə, Niderland təmsilçisi Ellen van Diyk qızıl, ukraynalı Qanna Solovey gümüş, digər niderlandlı Annemik van Vloyten isə bürünc medal qazanıb. Azərbaycan idmançısı Olena Pavluxina yarışlarda altıncı olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31