Rusiyalı güləşçi: "İlk Avropa Oyunlarında zəif idmançı yoxdur

İlk Avropa Oyunlarında güclü idmançılar yarışır. Burada zəif atlet yoxdur. Trend-in məlumatına görə, bunu rusiyalı güləşçi, ikiqat dünya çempionu Viktor Lebedev "Sport-express.ru" saytına müsahibəsində deyib. O, qeyd edib: "Mən çox şadam ki, Avropa Oyunlarında iştirak edirəm. Mükəmməl Ateltlər kəndi, yaxşı düşünülmüş nəqliyyat xidməti var. Düzdür, mən bu vaxta qədər Olimpiya Oyunlarında iştirak etməmişəm. Amma Bakı-2015-dəki yarışlara qatılmaq maraqlıdır. Bu mənim üçün Las-Veqas yarışları öncəsi yaxşı hazırlıq imkanı oldu". Rusiyalı idmançı bildirib ki, əsas hədəf - dünya çempionatıdır. Və ilk Avropa Oyunlarında iştirak onu hədəfə bir qədər də yaxınlaşdırıb.

Qeyd edək ki, V.Lebedev Avropa Oyunlarında 57 kq çəki dərəcəsində sərbəst güləş yarışlarının qalibidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31