Teymur Məmmədov erməni ilə qarşılaşa bilər- 1/8 finalda

Bu gün Avropa Oyunlarında boks yarışlarına start veriləcək. "Qafqazinfo" xəbər verir ki, burada ölkəmizi 2 idmançı təsmil edəcək. 64 kq çəki dərəcəsində Stomayor Collazo rinqə çıxacaq. O, serbiyalı Edin Seydinoviçlə üz-üzə gələcək. Görüş saat 18:15-də başlayacaq. 81 kq çəki dərəcəsində isə Teymur Məmmədov yumruqlarını sınayacaq. O, böyük britaniyalı Coşua Buatsi ilə döyüşəcək. Qarşlaşma 13:45-də başlayacaq.

***

Boksçumuz Teymur Məmmədov ingiltərəli rəqibini 3:0 məğlub edərək 1/8 finala adladı. Bu mərhələdə onun rəqibi Yordan Kulinski (Polşa) - Nikol Arutyunov (Ermənistan) cütünün qalibi olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31